Məktəbəqədər yaş dövründə olan uşaqlar indiki zamanda yaşayırlar. Bacardıqları və bildikləri hər şey onları həyəcanlandırır. Bu yaş qrupunda olan uşaqlar başqa uşaqlarla vaxt keçirməyi, oyunlar oynamağı, böyüklərin və yaşca böyük bacı-qardaşlarının hərəkətlərini yamsılamağı xoşlayırlar. Eyni zamanda, uşağınız olaraq qalmaq istəyirlər.
Uşaq nəsə etməyi rədd edəndə valideynin ilkin reaksiyası adətən qəzəb olur. Siz əsəbiləşəndə uşaq da əsəbiləşir. İlk öncə, bu mücadilənin vacib olub-olmadığını özünüzə sual verin. Cavab mənfidirsə, qoyun uşağın dediyi olsun. Əgər vacib məsələdirsə, uşaq sakitləşənə qədər ondan uzaqlaşın. Sonra yenə xahiş edin. Əgər uşaq mübahisə edirsə, təkrar ondan uzaqlaşın. Başqa bir seçimin olmadığını və uşaq öz davranışını dəyişməsə, bunun nəticəsi ilə qarşılaşacağını anlaşıqlı bir dillə ona izah edin. Uşaqla danışarkən sadə sözlərdən istifadə edin. Nə istədiyinizi birbaşa və aydın şəkildə söyləyin. Bəzən danışmaq yerinə bunu hərəkətlə ifadə etmək daha effektivdir. Məsələn, dəfələrlə uşaqdan oturmasını və nahar etməsini xahiş etmisiniz. Buna baxmayaraq, uşaq mətbəxdə oynamağa davam edir. Sakitcə uşağın boşqabını stoldan götürün. Əgər uşaq yemək istəyirsə, bunun üçün o, stol arxasında əyləşməlidir. Çox hallarda, uşaq gəlib oturacaq və yeyəcək. Bəzən uşaq diqqətinizi çəkmək üçün təngə gətirən hərəkətlər edir. Fikir verməsəniz, bu davranışına son verəcək. Enerjinizi daha vacib məsələlər üçün saxlayın.
Valideynlərə məsləhət
Uşağı sevgi ilə əhatə edin.
Təhlükəli əşyaları uşağın əli çatmayan yerə qoyun.
Gündəlik rutin tərtib edin.
Uşağın özünü pis apardığını, yoxsa nəsə öyrəndiyini dəqiqləşdirin.
Uşağın necə hərəkət etməsini istəyirsinizsə, özünüz də elə hərəkət edin.
Uşaqdan nəsə etməsini xahiş etdikdə anlaşıqlı olun və onu yönləndirin.
Uşağın sərbəst nə etməyə qadir olması haqqında realist olun.
Uşaqla vaxt keçirin. Xüsusilə, uşağın öhdəliyi olduğu oyunlar oynayın.
Uşaq özünü yaxşı apardıqda bunu ona söyləyin.
Uşağı üzücü hadisələrə hazırlayın.
Uşaq çətin zaman keçirirsə, fasilə etməsinə kömək edin.
Qaydaları və pozularsa, nə baş verəcəyini ona izah edin.