Uşaq dünyaya gələrkən böyüməyə və öyrənməyə hazır olur
Uşaqlar bütün duyğu orqanları vasitəsilə öyrənirlər.
Onlar ətrafdakı əşyaları ağızları ilə öyrənirlər.
Uşaqlar dinləyərək və insanlara reaksiya verərək danışmağı öyrənirlər.
Uşaqlar ağlamaqla onları nəyinsə narahat etdiyini çatdırırlar.
Uşaqların sevgi və təhlükəsizliyə ehtiyacı var.
Valideyn anlamalıdır ki, uşaqlar onların dünyasını kəşf edir, başqalarının onlara necə reaksiya verdiyini mənimsəyirlər.
Valideynlərə məsləhət
Uşağımın intizamı üçün nəyi bilməliyəm?
Uşağı sevgi içərisində böyüdün.
Unutmayın, çox sevgi onu ərköyün etməyəcək.
Heç vaxt uşağa şapalaq vurmayın.
Uşaq təhlükəli əşyalara yaxınlaşdıqda, onu oradan uzaqlaşdırın.
Təhlükəli əşyaları uşağın əli çatmayan yerə qoyun.
Körpəniz yaşına uyğun olmayan nəsə istədikdə ona təhlükəsiz başqa bir şey təklif edin.
Uşağın gündəlik rutinini qaydaya salın, xüsusilə yemək və yuxu saatlarını.
Yorğunsunuzsa və ya özünüzü yük altında hiss edirsinizsə, fasilə edin.
Uşaq ağlayaraq sizinlə ünsiyyətdə olur.
O, bir sıra səbəbdən ağlaya bilər: aclıq, yorğunluq, xəstəlik, təklik, nəm bez, ətrafda adam çoxluğu, köp, isti, soyuq, sevgi və diqqət ehtiyacı. Uşağı qucağa aldıqda və sakitləşdirdikdə daha az ağlayır.
Onu qucaqda çox saxlaya bilməzsiniz.
O, sizə güvənməyi və ehtiyac olduqda həmişə yanında olacağınızı öyrənir. Vaxt keçdikcə uşağın ağlayarkən sizə nə demək istədiyini anlayacaqsınız.
‘Bəzən uşağım elə şiddətlə ağlayır ki, susmaq bilmir və bu, məni olduqca gərginləşdirir’
Uşaq dayanmadan ağlayırsa, sakit qalmaq üçün əlinizdən gələni edin. İlk öncə, səbəbi aydınlaşdırmağa çalışın.
Uşağı ədyal ilə rahat bələyin. Bir az sakitləşin. Sonra onu kənarları hündür beşiyə qoyub, başqa otağa keçin ki, özünüz sakitləşənə qədər onun ağlamağını eşitməyəsiniz.
Onu uşaq arabasına qoyub, gəzməyə çıxarın.
Maşınla gəzməyə aparın.
Uşağı bədəninizə sarıyın. Hərəkətiniz və ürək döyüntünüz onu sakitləşdirəcək.