Diqqət: Uşaq ‘yaxşı’ davranaraq diqqət görmürsə, ‘pis’ davranaraq bunu əldə edəcək.
Güc: Uşaq nə yolla olur-olsun, ‘mən uddum, sən uduzdun’ çərçivəsində istədiyini əldə edir.
Qisas: Uşaq inciyəndə bunun qisasını alır.
Qeyri-adekvatlıq nümayişi: Uşaq valideynini elə alışdıra bilər ki, valideynin ondan gözləntisi aşağı olsun. Beləcə, qeyri-adekvat davranaraq bağışlanılmağa cəhd göstərə bilər.
Sınamaq: Bu, uşağın qaydaları təkrar-təkrar pozması halıdır. Bununla o, valideynin qoyduğu qaydalara nə qədər sadiq qaldığını yoxlayır, davranışlarında davamlılıq və təkrarlıq yaradır (Bu, öyrənmə prosesinin normal tərkib hissəsi də ola bilər).
Emosiyaların yerdəyişməsi: Uşaq bəzən neqativ duyğularını çətin situasiyadan valideynin üstünə və ya evə boşaldır.
Valideyn bu davranış problemləri ilə nə edə bilər?
Diqqət: Problemli davranışa məhəl qoymayın. Pozitiv rəftara köklənin. Uşaq özünü yaxşı apardıqda onu tərifləyin, həvəsləndirin. Cəza qaçınılmazdırsa, bunu neytral mövqedən edin.
Güc: Güc uğrunda mübarizədən çəkinin. Təslim olmaq və ya mübarizə aparmaq uşağın güc arzusunu intensivləşdirir. Problemin həllində danışıqlar, birgə həll və seçimlərə fokuslanan ‘məğlub yoxdur’ metodundan istifadə edin.
Qisas: İncitmək və qisas almaqdan nümunə götürməyin. Uşağı hisslərini davranışları ilə deyil, sözlərlə ifadə etməsinə həvəsləndirin. Onu sevgi, tərif, dəstək və inamla əhatə edin. Uşaqla çoxlu oyunlar oynayın.
Qeyri-adekvatlıq nümayişi: Tənqiddən çəkinin. Kiçik olsa belə uşağın hər pozitiv addımını dəstəkləyin, güclü tərəflərinə fokuslanın. Ona yazığınız gəlməsin və edə biləcəyi şeyləri onun əvəzinə etməyin.
Sınaq: Bunu normal hal olaraq qəbul edin. Sizin üçün əhəmiyyətli olan davranışlarla bağlı bir neçə anlaşıqlı qayda qoyun (Hər hansısa yenilik və qayda adətən sınağa səbəb olur. Bu, hər kəsin davranışı sabitləşənə qədər — 2-4 həftə boyunca davam edir).
Emosiyaların yerdəyişməsi: Uşağı problemlərini dilə gətirməyə cəsarətləndirin, kömək təklif edin və onu diqqətlə dinləyin. Bəzən hisslərindən qurtulmaq üçün fiziki fəaliyyətlə məşğul olmaq uşağa kömək edir