Ana Səhifə > Məişət zorakılığı uşaqlara necə təsir edir
Məişət zorakılığı böyüklərin öz intim partnyorlarına fiziki, cinsi və psixoloji təzyiq, həmçinin iqtisadi asılılıq şəklində göstərdiyi təcavüzkar və zorakı davranışların məcmusudur.
Bəzən valideynlər yorğun, gərgin və ya qəzəbli olduqları üçün uşağın bezikdirici davranışına neqativ formada reaksiya bildirirlər. Qəzəbinizin məsuliyyətini özünüz daşıyırsınız. Kimsə sizi əsəbiləşdirə bilməz. Doğrudur, sizi qəzəblənməyə tətikləyən stress çoxdur, ancaq qəzəbin alternativini tapmaq öz əlinizdədir. Təkcə uşağınız deyil, həm də öz yaxşılığınız naminə!!!
Məişət zorakılığı uşaqlara zorakılıq və istismar etməyi öyrədir;
İstismar uşaqlara uzun müddət davam edən ciddi zərərlər vura bilər;
Zorakılığın olduğu yerdə uşaq istismarı da olur;
Uşaqlar məişət zorakılığına görə tez-tez özlərini günahlandırırlar;
Alkoqol sağ qalma mexanizmi kimi məişət zorakılığının baş vermə amillərindən biridir;
Qadınların 1/4 -i nə vaxtsa məişət zorakılığı ilə üzləşir;
Hamilə qadınlar məişət zorakılığında daha həssas qrupdur.
Məişət zorakılığı cinayətdir, bir çox ailələrə təsir edən böyük sosial problemdir. Qeydə alınmış məişət zorakılığı hallarının 90 faizində uşaqların ya eyni, ya da yan otaqda olduğu faktı aşkarlanıb. Məişət zorakılığının əsas qurbanları adətən qadın və uşaqlar, zorakılığı törədənlər isə kişilərdir. Kişilərin qurban olduğu hallar da mövcuddur. Hadisənin şahidi olan, ona müdaxilə edən və ya dinləyən uşaqlar bir çox formada zərər alırlar. Əmin ola bilərsiniz ki, uşaqlar ailədaxili zorakılığın fərqindədirlər və valideynlərindən gördüklərini öz davranışlarında əks etdirirlər.
Məişət zorakılığı münasibətlər və insanlarla rəftarla bağlı uşaqlara mənfi şeylər öyrədir.
Bəzi insanlara məişət zorakılığı qurbanlarının nəyə görə belə zorakı vəziyyətə dözdüklərini anlamaq çətindir. Qorxu, sevgi, evsiz qalma riski və maddi məsələlər qurbanın xilasını çətinləşdirə bilən faktorlardır. Bəziləri də qalmaq və zorakı şəxsin çıxıb getməsini istəyə bilər.
Qısamüddətli təsirlər:
Uşaqlar qısa müddət keçdikdən sonra belə məişət zorakılığının təsirində qalırlar. Bu təsirlərə aiddir:
qorxu hissi
özünəqapanma
yataq islatmaq
qaçıb getmək
təcavüzkarlıq, davranış çətinlikləri
məktəblə bağlı problemlər, diqqət dağınıqlığı və emosional qarışıqlıq
Uzunmüddətli təsirlər:
Uşaqlar məişət zorakılığına nə qədər uzun müddət məruz qalsalar, nəticə də bir o qədər ağırlaşır. Buna aiddir:
inkişafda, xüsusilə nitq və ünsiyyətdə geriləmə
qeyri-zorakı valideynə qarşı hörmətsizlik
zorakı valideynə həddən artıq özünü bənzətmək və onun davranışını təqlid etmək
gələcəkdə münasibət qurmaq bacarığına mənfi təsir edəcək özgüvən əksikliyi
valideynə qarşı həddən artıq qoruyucu olmaq
itirilmiş uşaqlıq
təhsillə bağlı problemlər
qaçıb getmək
Məişət zorakılığına məruz qalan azyaşlı və əlilliyi olan uşaqlar adətən ətrafda baş verən hadisələri və gərginliyi tam dərk edə bilmirlər. Buna baxmayaraq, onlar evdə baş verən güclü emosiya və təhlükə hissinə reaksiya verirlər. Dilxorluğunu sözlərlə ifadə edə bilməyən azyaşlı uşaqlar bunu öz davranışlarında əks etdirirlər.
Yadda saxlayın
Zorakılıq heç vaxt doğru deyil. Stress və gərginliklə üzləşdikdə belə bunun heyfini böyükdən və ya uşaqdan çıxmaq olmaz;
Özünüzdən çıxdığınızı hiss etdikdə situasiyadan kənarlaşın, hətta ümumi istifadə edilən kiçik otaqdasınızsa belə. Kiməsə qəzəbləndiyinizi hiss etdikdə oradan uzaqlaşın. Mümkündürsə, çölə çıxın, musiqi dinləyin, dua edin və ya özünüzü sakitləşdirəcək başqa nəsə edin;
Əgər sakitləşə bilmirsinizsə və başqa birinə zərər vuracağınızdan qorxursunuzsa, kimisə köməyə çağırın;
Belə çətin vaxtlarda stress və qəzəbdən yayının. Böhrandan ailəcə çıxmaq üçün rejim və ev qaydaları hazırlayın, həll yolları tapın;
Çətin vaxtlardır, ancaq hər kəsin zorakılıqdan qorunmaq hüququ var. Evdə qalmağınız tələb olunsa da istismara məruz qaldıqda təcili kömək, məsləhət və dəstək axtarın.