Uşağı qorşokdan nə vaxt və necə istifadə etməyə öyrətmək uşağın hazırlığından, həmçinin tualet tərbiyəsi ilə bağlı sizin inanc və dəyərlərinizdən asılıdır. Uşağa tualetdən istifadə etməyi öyrədərkən nəzərinizdə saxlamalı olduğunuz bəzi suallar və fikirlər:
Uşağın qorşok təliminə başlamağa hazır olduğunu göstərən əlamətlər
Uşaq təxminən 2 yaşında olanda valideyn onun tualet tərbiyəsinə başlayır. Uşağınız az çəki ilə doğulubsa və ya inkişafı ləngdirsə, 3 yaşına qədər gözləyə bilərsiniz. Aşağıda uşaqlarda tualet bacarıqlarının yarandığı yaş aralıqları verilmişdir:
Yaş
İnkişaf
15 aylıq
Uşaq islanmış paltarı göstərə bilir.
18-20 aylıq
Uşaq qorşoka qoyulduqda, ehtiyacını ödəyə bilir.
2-2.5 yaş
Uşaq sizə tualetə getmək istədiyini söyləyə bilər.
3-4 yaş
Uşaq gözləməyi və tualetdən təkbaşına istifadə etməyi bacarır.
Uşağınız tualetdən istifadəni öyrənməyə hazırdır, əgər o:
2 saat müddətinə və ya günorta yuxusundan sonra quru qalıbsa
tualetə getmək istədiyini söyləyirsə
bezin nəm olduğunu və ya korlandığını deyirsə
valideynin tualet davranışını təqlid edirsə
sadə təlimatları icra edə bilirsə
Qorşok təliminə nə vaxt başlamamalı?
Uğurlu qorşok təliminin qarşısını kəsən bəzi problemlər ola bilər. Məsələn, uşağınız bir və ya bir neçə vacib dəyişiklik mərhələsindədirsə, qorşok təlimini təxirə salmaq məqsədəuyğun olardı. Belə vaxtlarda uşaq gərginləşə, bəzən isə artıq öyrənmiş olduğu bacarıqları yadırğaya bilər. Stress yarada bilən və qorşok təliminə başlamaq üçün uyğun olmayan digər situasiyalara aiddir:
yaxın günlərdə ailəvi köçmüsünüzsə və ya köçəcəksinizsə
mövcud uşağa qayğı prosesinə dəyişiklik etmisinizsə və ya yenisinə başlamısınızsa
uşaq beşikdən çarpayıya keçibsə
hamiləsinizsə və ya yenicə dünyaya uşaq gətirmisinizsə
ciddi xəstəlik, ölüm və ya digər ailə böhranı
Gərgin zamanda uşağınız qorşok təliminin ortasındadırsa və həmişəkindən tez-tez problem yaşayırsa, bu normaldır. Məhz bu vaxt uşağın səbir və dəstəyinizə ehtiyacı var. Vəziyyət normallaşanda o da qorşok təlimində əvvəlki səviyyəsinə geri qayıdacaq.
Qorşok təlimi zamanı nə etməməli?
Bu yaş dövründə olan uşaq hər şeyi özü idarə etmək istəyir. İnkişaf etməkdə olan bədəni, düşüncəsi və dil bacarıqları vasitəsilə o, öz bədəni və ətrafı üzərində güc əldə etmək istəyir. Kontrol uğrunda bu təbii və sağlam istək güc mübarizəsi ilə nəticələnə bilər. Bu zaman uşaq valideynin istədiyini etməkdən imtina etməklə üstünlük əldə edə biləcəyini çox tez qavrayır. Qorşok təlimi valideynin siyahısında ilk sıralardadır və uşaqlar da bunu anlayırlar (Uşağın ilk uğurlu qorşok anına sevinən ata və ana təsəvvür edin). Tualet təlimi güc mübarizəsində xüsusilə diqqət mərkəzindədir, çünki bu, uşağın öz bədəni üzərində kontrol əldə etmək istəyi ilə sıx bağlıdır.
Odur ki, tualet təliminə qeyri-emosional yanaşmaq lazımdır. Buna uşağınızın öyrəndiyi bir bacarıq kimi yanaşın. Uğursuzluğa qəzəb və məyusluq, uğura isə həddən artıq sevinc hissi ilə reaksiya verdikdə uşaq sizin onun bunu etməsini çox istədiyinizi anlayır. Təlimdən imtina etməklə kontrol uşağın əlinə keçir. Nə qədər emosional davransanız, uşaq bir o qədər qorşokdan istifadə etməsinin sizin üçün əhəmiyyətli olduğunu anlayacaq. Uşağı qorşokdan istifadəyə məcbur etmək də olmaz, çünki bu, güc mübarizəsini intensivləşdirəcək. Güc mübarizəsi bəzən uşağın təbii ehtiyaclarını saxlamaqla öz bədəni üzərində kontrolu yenidən əldə etməsiylə nəticələnir. Bu, qəbizlik kimi fiziki problemlər yarada bilər. Odur ki, qorşok təlimi zamanı güc mübarizəsinin şahidi olursunuzsa, təzyiqi azaldın. Uşaq hazırlıq və maraq əlamətləri göstərənədək, bir müddət nə qorşok təlimi barədə danışın, nə də bununla bağlı bir şey edin.
Qorşok təlimində mükafatdan istifadə olunmalıdırmı?
Bir çox valideynlər uşaq tualetdən uğurla istifadə etdikdə stiker, konfet və ya balaca bir oyuncaqla onu mükafatlandırmalı olub-olmamaqla maraqlanırlar. Qısa müddətdə belə mükafatlar uşağı həvəsləndirsə də bəzi uşaqlarda mükafat formasında uğur təzyiqi narahatlıq və qorşok xətası baş verdikdə məğlubiyyət hissi yarada bilər. Bundan başqa, uşaq etdiyi hər şeyin — yeməyi bitirmək, diş fırçalamaq və s. müqabilində mükafat gözləyə bilər. Valideyn qorşok təliminə qeyri-emosional yanaşdıqda və bunu böyütmədikdə uşaq belə əhəmiyyətli mərhələni daxili istəkləriylə tamamlamağa can atır.
Tualet tərbiyəsi üçün vasitələr
Qorşok, yoxsa tualet?
Uşaqlar tualet təliminə qorşok və ya tualetlə başlaya bilərlər. Uşağınız bunlardan birini digərindən daha çox xoşlaya bilər. Uşağınızı hər iki vasitədən istifadəyə həvəsləndirə də bilərsiniz. Qorşoku daşımaq asandır və bəzi uşaqlar bunu tualetdən daha az qorxulu hesab edirlər. Digər tərəfdən, tualet hər kəsin təbii ehtiyaclarını qarşıladığı yerdədir. Uşağınız tualetdən istifadə edəcəksə:
pillə və ya ayaqaltı skamya – Uşağın unitaza qalxması və oturarkən ayaqlarını qoyması üçün istifadə oluna bilər.
ümumi unitaza yerləşdirilən diametri daha kiçik oturacaq
Quru qalmaq
Təxminən 2 yaşında uşaq tualet haqqında öyrənməyə başlayır.
3-3.5 yaşında uşaqların çoxu oyaqkən quru qala bilir.
5 yaşında uşaqların çoxu gündüz və gecə yuxusu zamanı quru qala bilir.