Yemək vaxtının xoş keçməsi üçün valideynin işi cürbəcür sağlam qidalar hazırlamaq, uşağın işi isə nə və nə qədər yeyəcəyinə qərar verməkdir. Ailə yeməyini cəza və ya təzyiqə deyil, ailəvi söhbət vaxtına çevirin. Uşağa rəngbərəng və fərqli formada cürbəcür sağlam qidalar təklif edin.
Uşaq yeni qidanı bəyənmirsə, həmin qidadan boşqaba bir az qoyub, 1-2 tikə yeməsini xahiş edin. Onu yeməyə məcbur etməyin.
Uşağı boşqabdakı hər şeyi yeməyə məcbur etməyin. Bu, qeyri-sağlam qidalanma vərdişi ilə nəticələnə bilər.
Bəzi uşaqlar müxtəlif qidaların bir-birinə qarışmasını sevmirlər. Uşağınız düyü və qarğıdalını ayrı-ayrılıqda sevə bilər, ancaq onları bir-birinə qarışmış formada yeməkdən imtina edə bilər.
Bəzi uşaqlar doyduğunu söyləyir, ancaq desert gələndə ondan yeyirlər. Desertə mükafat kimi deyil, yeməyin sonuncu hissəsi kimi yanaşın. Uşağa əgər yeməyini bitiribsə, masanı tərk edə biləcəyini söyləyin. Ona desertin masaya hamı hazır olduqda gəldiyini izah edin. Ya da desertin sağlam qida olduğundan əmin olun. Doğranmış alma və digər meyvələr yaxşı seçimdir.
Unutmayın, dadbilmə dəyişkəndir. Uşaq dünən imtina etdiyi qidanı bugün bəyənməklə sizi təəccübləndirə bilər.
Qazlı içki əvəzinə 100% təbii meyvə şirəsi və mineral suyu qarışdırın. Konfet yerinə uşağa xırda yerkökü, kərəviz, fıstıq yağı, doğranmış banan, üzüm, alma dilimi və ya kişmiş təklif edin. Cipsini pendir və krekerlə əvəz edin. Dondurma yerinə 100% təbii meyvə şirəsini kağız stəkana töküb, ortasında çöplə dondurun. Digər tövsiyələr:
Uşağın boşqabına nə qədər xörək qoyacağınızla bağlı realist olun. Uşaq böyüklərin yediyi qədər qida tükətmir.
Uşağın dad tumurcuğu sizinkindən daha həssasdır. Uşaqlar soğan kimi kəskin dadı, həmçinin tanış olmayan rəngdə və formada olan qidaları sevmirlər.
Xörək qaynar deyil, ilıq servis edildikdə həm daha yaxşı dadır, həm də uşağın həssas dili və dərisi üçün daha təhlükəsizdir.
Uşağın bir gün ac olub, o bir gün isə çox az yeməsi normaldır.
Böyüklərlə müqayisədə uşaqlar daha kiçik mədəyə sahibdirlər. Onlar az-az, ancaq tez-tez yemək yeməlidirlər.
Gün ərzində uşağın ehtiyacı olduğu qidalı maddələri sağlam qəlyanatlılar ilə ödəyin. Hər dəfə süd, meyvə şirəsi və başqa içkilər əvəzinə uşağa su təklif edin.
Uşağınızın qidalanmasıyla bağlı narahatlığınız varsa, həkimlə məsləhətləşin.