Uşaq özünü pis aparırsa, adətən bunun bir səbəbi var. O, yorğun, ac, əsəbi ola və ya qayğı, kontrol istəyə bilər. Uşağın pis davranışının səbəbini bilirsinizsə, buna daha yaxşı reaksiya verə, həmçinin bu cür davranışın gələcəkdə baş verməsinin qarşısını ala bilərsiniz. Məsələn, uşağınızın bağçadan və ya məktəbdən evə qayıdanda qəzəbləndiyini müşahidə etmisinizsə, bunun səbəbini aydınlaşdırmalısınız. Çox güman ki, uşaq ya ac və yorğundur, ya da bağçada/məktəbdə nəyəsə əsəbiləşib. Dərsin gedişatıyla bağlı müəllimlərlə söhbət edin. Uşağın məktəbdən evə keçid edə bilməsi üçün ona qidalandırıcı qəlyanaltı hazırlayın, sakitlikdə onunla kitab oxuyun və ya oyun oynayın.
Uşaq özünü pis apardıqda valideyn ona elə reaksiya verməlidir ki, uşaq davranışının nəticəsindən dərs çıxarsın və gələn dəfə fərqli davranış sərgiləsin. Nəticə uşağa bağışlanılması üçün şans verməlidir. Bu, ağrı, qorxu, xəcalət və alçaltmadan daha effektivdir. Valideyn məntiqi, yoxsa təbii nəticə ilə reaksiya verəcəyinə qərar verməlidir.
İsterik hallar
Uşaqda isterik hallar adətən o, yorğun, ac və əsəbi olanda baş verir. Bu zaman uşaq yumruğunu qıcaya, gözlərini bağlaya və qışqıra bilər. O, təpikləyə və özünü döşəməyə ata bilər. İsterik halların baş verməsinin qarşısını alın. Uşağın kifayət qədər yatdığından əmin olun. Uşaq ac və ya yorğun olduqda onu harasa aparmayın. Əgər başqa seçiminiz yoxdursa, özünüzlə uşaq darıxan və əsəbiləşən zaman başını qatmaq üçün yüngül yemək, kitab, sevimli oyuncağını, karandaş və kağız gətirin. Nəyə görə isterik hallar bu yaş dövründə olan uşaqlar arasında geniş yayılıb?
Bu yaş dövründə olan uşaqlar hər şeylə maraqlanırlar. Onlar hər zaman toxuna, dadına baxa və ətrafı kəşf edə bilməməyin nə olduğunu anlamırlar.
Onlar adətən istəklərini sözlərlə ifadə edə bilmirlər. Bu, onları qəzəbləndirir.
Bu yaş dövründə olan uşaqlar ac, yorğun, narahat olanda, istilənəndə və ya qayğı istəyəndə güclü emosiyalar ilə reaksiya verirlər.
İsterik hal baş verdikdə evdəsinizsə, sakitliyinizi qoruyun və uşağa fikir verməyin.
İctimai yerdəsinizsə, yenə də sakitliyinizi qoruyun və uşağı oradan uzaqlaşdırın. Sakit bir yerə gedib, uşaq rahatlayana qədər orada qalın.
Bəzi uşaqlar çətinliklə sakitləşirlər. Uşağı ehmalca saxlayın, onunla sakit tonla danışın və hər şeyin yaxşı olacağını başa salın.
Harada olduğunuzdan asılı olmayaraq, uşağın isterik halı sakit reaksiya verdiyiniz təqdirdə qısa davam edəcək. Uşaqda bu hal ictimai yerdə baş veribsə, diqqəti üzərinizə çəkməmək üçün ona istədiyini vermək istəyə bilərsiniz. Valideyn bunu etdikdə uşaq təpik və qışqırıqla istədiyini əldə etməyi öyrənir. Bu isə gələcəkdə daha çox isterik halların baş verəcəyi deməkdir.
Dişləmə
Bu yaş dövründə olan uşaqlar arasında digər uşaqları vurmaq, dişləmək və təpikləmək halları geniş yayılıb. Uşaq həyəcanlana və həddən artıq stimullaşa bilər. Bu isə dişləmə ilə nəticələnə bilər. Valideyn həyəcanla reaksiya verdikdə uşaq diqqət çəkmək üçün dişləməyi öyrənə bilər. Bunun qarşısını almaq yolları:
Uşağa və həddən artıq stimullaşma əlamətlərinə fikir verin. Uşağı hadisə yerindən uzaqlaşdırın və sakitləşdirin.
Uşaq ac və yorğun olduqda əsəbi olur. Bu baş verərsə, uşağın qidalanma və yuxu rejimini dəyişin və ya belə hallarda onu digər uşaqların yanından uzaqlaşdırın.
Dişlənmiş uşağı sakitləşdirin.
Uşağınızın qayğısına qalan şəxslərlə mövzuyla bağlı söhbət edin.
Onu dişləməyə nəyin təhrik etdiyini araşdırın. Azyaşlı uşaq digər uşaqlarla problemi həll etmək bacarıqlarına sahib deyil.
Uşağınız dişləyərsə, ona qəti şəkildə dişləməyin yaxşı hal olmadığını söyləyin və onu digər uşaqlardan uzaqlaşdırın. Ona digər uşağın necə hiss etdiyini anlamağa və ‘bağışla’ deməyə kömək edin. Heç vaxt uşağınızı cavab olaraq dişləməyin. Bu, ona dişləməməyi öyrətmir. Əksinə, vəziyyəti daha da pisləşdirir.
Paylaşmaq
Uşağa oyuncaqlarını və kitablarını, bəzən isə yeməyini paylaşmağı öyrətməklə onun təkcə uşaqlara deyil, ətrafdakı hərkəsə qarşı şəfqətli olmağa öyrədirsiniz. Qardaş-bacısı və ya qonşu uşağı uşağınızın əlindəkini istədiyi an ondan bunu dərhal paylaşmasını tələb etməyin. İlk öncə uşağınızla paylaşmağın nə demək olduğu haqqında söhbət edin. “Əli, Leylayla oyuncağı paylaşmağı öyrənməlisən, yoxsa o, bir də səninlə oynamayacaq” demək əvəzinə, o an sakit qalın, sonra ona paylaşmağın nə olduğunu göstərin.
Paylaşmaq 2 yaşlı uşaqların hamısının başa düşdüyü bir şey deyil. 3-4 yaşınadək uşağınız bunun nə demək olduğunu anlamayacaq. 2 yaşlı uşağı paylaşmağa nə qədər məcbur etsəniz, o, bir o qədər imtina edəcək və siz qəzəblənəcəksiniz. Bunun üçün bir neçə tövsiyə:
Uşaq paylaşanda buna görə onu tərifləyin.
Bəzi əşyalarınızı uşaqla bölüşərək ona paylaşmağı əyani olaraq göstərin.
Uşaqlar birlikdə oynayanda hər biri üçün kifayət qədər oyuncağın olduğundan əmin olun.
Uşağınız zaman keçdikcə paylaşmağın yaxşı bir şey olduğunu öyrənəcək.
Uşağınız qaranlıqdan qorxur?
Uşağınızla qorxuları haqqında danışın. Onun qorxuları realdır. Uşağın qorxularını ələ salmayın və ya gerçək olmadığını söyləməyin. O, yuxuya gedənədək gecə lampasını və ya dəhlizin işığını yandırın. Bəzi uşaqlar xüsusi yorğan və ya yumşaq oyuncaqla özlərini daha güvəndə hiss edirlər. Qaranlıq qorxusunu dəf etməyi öyrətməklə uşağa digər qorxularının da öhdəsindən gəlməyə kömək edəcəksiniz. Yuxu rejimini ilk dəfə tətbiq etdikdə onun mükəmməl formada işə yarayacağını düşünməyin. Bunun üçün uşağın yeni vərdişləri möhkəmlənməlidir.
Uşağınız otağını dəfələrlə tərk edə bilər. Qətiyyətli olun və nəzakətlə onu yatağına geri qaytarın.
Uşaqların əksəriyyəti elə bir mərhələdən keçir ki, qaranlıqdan qorxur. Uşağın qorxusunun gerçək olduğunu anlayın, onu sakitləşdirin və bu qorxusunu dəf etməsi üçün yollar axtarın.
Gecə lampasından istifadə edin və ya dəhlizin işığını yandırın.
Bəzi uşaqlar gec yuxuya gedirlər. Uşağa kitaba baxmasına və yumşaq oyuncağıyla danışmasına imkan verin.
Uşağın yuxuya getməsi üçün rahatlaması lazımdır. Bu, hər uşaqda fərqli ola bilər. Uşağınızı rahatlatmağın yollarını tapın. Uşağa aramla nəfəs almağı öyrədin, ona həzin mahnı oxuyun və ya əlinə yumşaq oyuncaq verin.
Bəzən günorta yuxusunun müddətini qısaltmağınız və ya günortadan sonra yatmağına imkan verməməyiniz uşağı gecə yuxusuna hazırlayır.