Bu səhifədə tez-tez verilən suallar və onlara aid cavablar taba bilərsiniz.
Cavab: Yeniyetməlik dövrü insan həyatının mərhələləri arasında həm fiziki, həm hormonal, həm zehni tərəfdən fərqliliyə məruz qalan dövrüdür. Bu dövrdə yeniyetmələrdə ego yəni, mənliyini tanıma prosesi yaranır. Yeniyətməlik dövrünün normal xüsusiyyəti olaraq ailədən uzaq qalmalar, dost qruplarına daha yaxın olmalar özünü büruzə verir. Yeniyetməlik dövrünün təlatümlü olması bilavasitə yeniyetmənin həyat fəaliyyətinə təsir göstərir. Bu təsirləri biz onların gündəlik xarakterik xüsusiyyətlərində, aqressivliyin həddən artıq artmasında, dərs müvəffəqiyyətinin azalmasında və s görə bilərik. Bu dövrün özəlliyi ondan ibarətdir ki, valideyn övladının böyüməsindən xəbərsizdir.
İlk növbədə övladınız ilə doğru ünsiyyət qurmalısınız. Elə bir ünsiyyət ki, orada tənqid,müqayisə,yersiz məsləhətlər yer almasın. Övladınızı tənqid etməyin, onların maraq aləminə daxil olun və onların dostu olmağa yönəlin, Özünüzü nümunə göstərməyin, digərləri ilə müqayisə etməyin,onların fikirlərinə önəm verin,onları sinir edən məsələlərə toxunmayın,övladınızın sevdiyi nələrsə varsa, xüsusi olaraq onları tənqid edib,pisləməyin,
övladınızı olduğu kimi qəbul edin. Yeniyetməlik dövrünə dair özünüz oxuyub məlumatlanın.