Sağlam ailə münasibətləri uşaqların xoşbəxt yaşayacağı və bütün ailə üzvlərinin çəkinmədən bir-birilə ünsiyyətə girə biləcəyi etibarlı zəmin yaradır. Belə münasibətlər qarşılıqlı inam, sevgi və dəstək əsasında formalaşır. Ailə üzvləri problemləri həll etmək və təkcə bir fərdə deyil, bütün ailəyə fayda verəcək hədəfə çatmaq üçün birlikdə hərəkət edirlər. Sağlam ailənin əsas elementləri aşağıdakılardır:
Aktiv Dinləmə – Ailə üzvləri qərəzsiz və qeyd-şərtsiz bir-birini dinləyir, ünsiyyətdə olurlar.
Yaxınlıq – Ailə üzvləri oxşar inanc və dəyərlərə sahibdir. Bu, hər kəsə mənsubiyyət hissi aşılayır.
Ortaq Maraqlar – Ailə üzvləri yaxınlıq qurmaq üçün ortaq maraqlara sahib olub, birlikdə müxtəlif fəaliyyətlərə qoşulurlar.
Sevgi – Sağlam ailədə sevgi özünü diqqət, xoş söz və fiziki yaxınlıq şəklində büruzə verir.
Dəstək – Ailə üzvləri cəsarət, kömək və güvən kimi fiziki və emosional ehtiyaclarını qarşılamaq üçün ailə və ailə baxıcılarına etibar edirlər.
Rəğbət – Ailə üzvləri bir-birlərinə anlayış, hörmət və rəğbətlə yanaşırlar.
Öhdəlik – Sağlam ailədə hər kəs ailənin rifahı uğruna çalışır, ailəni prioritetləşdirir və ortaq dəyərlərə sadiq qalır.
Möhkəmlik – Sağlam ailə möhkəmlik nümayiş etdirir. Belə ki, ailə yeni vəziyyətə adaptasiya ola, hadisələrə pozitiv və konstruktiv yanaşa bilir.